“İdman tarixində ilk dəfə, azərbaycanlı beynəlxalq idman təşkilatına rəhbərlik edəcək”

“İdman tarixində ilk dəfə, azərbaycanlı beynəlxalq idman təşkilatına rəhbərlik edəcək”
İdman 1863

 

Bu günlərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində Azərbaycan Kapoeyra Federasiyasının prezidenti Taleh Orucovun Estoniyanın Tallin şəhərində keçirilən seçkilər zamanı Ümumdünya Kapoeyra Federasiyasının (ÜKF) prezidenti seçilməsi ilə bağlı mətbuat konfransı keçirilib.

Tədbiri giriş sözü ilə açan Gənclər və İdman Nazirliyinin şöbə müdiri, güləş üzrə Olimpiya çempionu Fərid Mansurov bildirib ki, Taleh Orucov beynəlxalq idman təşkilatına prezident seçilən yeganə azərbaycanlıdır və bu uğur Azərbaycan idman tarixində yeni bir səhifədir.

Daha sonra çıxış edən Taleh Orucov kapoeyra idman növünün dünya və Azərbaycandakı tarixi, həmçinin beynəlxalq təşkilatın fəaliyyəti barədə məlumat verib ve bildirib: "Azərbaycan Kapoeyra Federasiyası 2011-ci ildən etibarən Ümumdünya Kapoeyra Federasiyasına üzvdür. Təşkilatın prezident seçkiləri ilə bağlı ayrı-ayrı ölkələrdən olan namizədlərin sırasında Azərbaycandan mənim namizədliyim nazir Azad Rəhimovun tövsiyyəsi ilə irəli sürülmüşdür. Cari ilin oktyabr ayının 3-ündə baş tutmuş seçkilərdə Ümumdünya Kapoeyra Federasiyasının İdarə Heyəti tərəfindən səsvermə nəticəsində qalib seçildim."

İlk dəfə olaraq azərbaycanlının ÜKF prezidenti seçilməsinin Azərbaycana təsiri barədə danışarkən T.Orucov deyib ki, bu, Azərbaycan turizminin inkişafına müsbət təsir göstərəcək: "Çalışacağıq ki, Azərbaycanın bayrağını zirvələrə qaldıraq. Məqsədimiz federasiyaların sayını artırmaq və kapoeyra idman növünü Olimpiya idman növləri sırasına daxil etməkdir."

Qeyd edək ki, Taleh Orucov 1981-ci ildə Lənkəran şəhərində anadan olub. O, 1997-ci ildə kapoeyra idman növünün Azərbaycanda əsasını qoyub. 2007-ci ildə Azərbaycan Kapoeyra Federasiyasını təsis edib və bu günə qədər Federasiyaya prezidentlik edir.

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev yenidən MOK-un prezidenti seçilib

İlham Əliyev yenidən MOK-un prezidenti seçilib

Azərbaycan Prezidenti İlham Əliyev yekdilliklə Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib. "Report"un məlumatına görə, bu barədə jurnalistlərə gənclə...

1473 İdman 15:31 01 dekabr 2016

Son xəbərlər