İlham Əliyev yenidən MOK-un prezidenti seçilib
Azərbaycan Prezidenti İlham Əliyev yekdilliklə Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib.
"Report"un məlumatına görə, bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.
O bildirib ki, seçki MOK-un bu gün keçirilən Hesabat-Seçki Konfransı çərçivəsində baş tutub: "Konfransda iştirak edən MOK üzvləri yekdilliklə, böyük həvəs və sevinc hissi ilə cənab prezidenti yenidən MOK-un prezidenti seçdilər. Bu münasibətlə idman ictimaiyyəti adından dövlətimizin başçısını təbrik edirik. Bugünkü böyük nailiyyətlərimizin əsasını idmançının əsl dostu, idmana böyük köməklik göstərən, dəstək olan cənab prezident qoyub. Ona böyük uğurlar arzulayırıq".
Qeyd edək ki, Prezident İlham Əliyev MOK-a 1997-ci ildən rəhbərlik edir.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev və ailəsi səs verdi
Sentyabrın 26-sı Azərbaycan Respublikasında ümumxalq səsverməsi (referendum) günüdür. AZƏRTAC xəbər verir ki, səsvermə prosesinin başladığı ilk dəqiqələrdən Ba...