Rövnəq Abdullayev AFFA-nın prezidenti seçildi
Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) hesabat-seçki konfransında qurumun prezidenti seçilib.
"Report"un məlumatına görə, açıq səsvermə yolu ilə hazırkı prezident Rövnəq Abdullayev yekdilliklə növbəti 4 il müddətinə Federasiyaya rəhbərlik edəcək. R.Abdullayev prezident postuna yeganə namizəd olub.
Yeni seçilmiş Federasiya prezidenti ona etimad göstərənlərə minnətdarlığını bildirib: "Çalışacağam ki, bu etimadı doğruldum. Azərbaycanlı futbolsevərlərin istədiyi şəkildə futbolu inkişaf etdirməyə çalışacağıq. Əsas məqsədimiz AVRO-2020-də Azərbaycan millisinin iştirakını təmin etməkdir".
Qeyd edək ki, Rövnəq Abdullayev 2008-ci ildən AFFA-nın prezidenti vəzifəsində calışır. Hər dörd ildən bir AFFA prezidentliyinə seçkilər keçirilir.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev Gürcüstana hədiyyə göndərdi
Gürcüstana səfərdə olan SOCAR prezidenti Rövnəq Abdullayev azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli regionunda olub. BAKU.WS qurumun mətbuat xidmətinə i...