Rövnəq Abdullayev "ölüm platforması"nda
"SOCAR"ın prezidenti Rövnəq Abdullayev "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə olub.
BAKU.WS məlumat verir ki, Fevralın 12-də SOCAR prezidenti Rövnəq Abdullayev "Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülünə səfər edib. Əvvəl, özülün yanğın söndürüldükdən sonrakı vəziyyətinə baxış keçirilib. Əsas istehsal qurğu və avadanlıqların, həmçinin quyuların vəziyyəti haqqında Şirkət prezidentinə ayrı-ayrılıqda məruzə edilib. Sonra SOCAR-ın aidiyyatı rəhbər işçilərinin iştirakı ilə istehsalat müşavirəsi keçiriblər.
SOCAR prezidenti yanğının söndürülməsindən sonra özüldə qəzanın nəticələrinin aradan qaldırılması qrafiki ilə tanış olub. Bu istiqamətdə aparılacaq təmir-bərpa işlərinin əsas prioritetlərini, təhlükəsizlik qaydalarına əməl olunmasının, ekoloji məsələlərə diqqət yetirilməsinin, təmir-bərpa işlərinin yüksək keyfiyyətlə aparılmasının və quraşdırılacaq avadanlıqların etibarlılığının mühüm əhəmiyyət daşıdığını söyləyib. Rövnəq Abdullayev özüldə hasilat prosesinin planlaşdırılan müddətdə bərpa olunması məqsədi ilə görüləcək işlərdən də danışıb. İdarə və müəssisə rəhbərlərinə konkret tapşırıqlarını verilib.
BAKU.WS
Oxşar xəbərlər
"Günəşli" yatağında yanğın 2 aydan sonra söndürüldü
"Günəşli" yatağındakı 10-cu özüldə yanğın söndürülüb. BAKU.WS Fövqaladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, 4 dekabr 2015-ci il tarixində "Günəşli”...