"Günəşli" yatağındakı yanğından son görüntülər (FOTO)
"Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə qəza nəticədə çıxan yanğının lokallaşdırılması üçün işlər davam etdirilir.
BAKU.WS-in məlumatına görə, xeyli sayda gəmi platformadakı yanğının qarşısını almaq üçün ərazidə fasiləsiz çalışır. Son görüntülərdən aydın olur ki, yanğının təsir gücü qismən azalıb.
*** 15:53
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar hadisə yerində olub.
BAKU.WS-in FHN-ə istinadla verdiyi məlumata görə, əraziyə baxış keçirən nazir baş vermiş yanğının söndürülməsi, itkin düşənlərin axtarışı işlərinin gedişi ilə yerində tanış olub.
Sonra nazir Kəmaləddin Heydərov, Azərbaycan Respublikası Dövlət Neft Şikətinin prezidenti Rövnəq Abdullayev, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev hadisə zonasında yaradılmış qərargahda birgə müşavirə keçirib, qəza-xilasetmə əməliyyatının gedişi ilə bağlı məsələləri müzakirə ediblər.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan faciə ilə bağlı 4 ölkəyə rəsmi məktub göndərdi
Azərbaycan Hökuməti Xəzərhövzəsi ölkələrdən "Günəşli" yatağında itkin düşən neftçilərin axtarışı ilə bağlı kömək etməyi xahiş edib. BAKU.WS-in məlumatına görə...