Azərbaycanda bu gün matəm elan olundu
06
dek
2015
11:05
Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində ümummili matəm elan olunub.
APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev qərar verib.
Qeyd edək ki, baş vermiş qəzada 32 nəfər xilas olub, 1 nəfər həlak olub, 30 nəfər isə itkin düşüb.
Hazırda itkin düşənlərlə bağlı axtarış-xilasetmə tədbirləri davam edir.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev yanğınla bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin "Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yar...