SOCAR dəhşətli yanğınla bağlı məlumat yaydı: xilasetmə işlərinə ciddi problem var

SOCAR dəhşətli yanğınla bağlı məlumat yaydı: xilasetmə işlərinə ciddi problem var
Hadisə 1676

SOCAR "Günəşli” yatağındakı 10-cu özüldə baş vermiş yanğınla bağlı açıqlama yayıb. 

BAKU.WS məlumatı təqdim edir: 

Dekabrın 4-də baş verən güclü tufan saat 17.40 radələrində "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarmış, nəticədə yanğın olmuşdur.Ilk növbədə özüldəki işçilərin təxliyyə olunması istiqamətində tədbirlərə başlanılmışdır. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır. Lakin buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin "Vixr-9” və "Topaz” yanğınsöndürən gəmiləri, habelə "Avyor” dalğıc və "Samir Quliyev” yedək gəmiləri vasisi ilə təxliyyə işləri həyata keçirilir. 

Hadisə ilə əlaqədar "Azneft” İstehsalat Birliyində qərargah yaradılmışdır. Qərargahın əlaqə telefonları: 

+994 12 5211019 

+994 50 2293521 

+994 50 2457005

BAKU.WS

Oxşar xəbərlər

Xəzərdə 84 neftçinin olduğu platformada yanğın

Xəzərdə 84 neftçinin olduğu platformada yanğın

Bir neçə saat öncə "Günəşli” neft yatağında qaz sızması nəticəsində güclü yanğın başlayıb. Yanğın yatağın 10-cu platformasında başlayıb. BAKU.WS xəbər verir ki...

1522 Hadisə 20:44 04 dekabr 2015

Son xəbərlər