Lənkəranda 5 ailə evakuasiya olundu
Leysan Lənkəranda həyatı iflic vəziyyətinə salıb.
FHN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, yağan intensiv leysan xarakterli yağışlar nəticəsində Lənkəran rayonu, Bürcəli kəndində bəzi evlərin həyətyanı sahələri və zirzəmiləri su ilə dolduğu məlum olub.
Fövqəladə Hallar Nazirliyinin Cənub regional mərkəzinin xilasediciləri və Dövlət Sularda Xilasetmə Xidmətinin "Cənub” dalğıc-axtarış qrupu əraziyə cəlb olunub.
Xilasedicilər tərəfindən ümumilikdə 5 ailə, o cümlədən 18 nəfər xilas olunaraq təhlükəsiz əraziyə təxliyyə olunmuşdur. Əməliyyat saat 03:32 də başa çatıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda kişi özünü 20 metrlik qüllədən atmaq istədi
Bakıda daha bir intihar cəhdinin qarşısı alınıb. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Qaradağ ray...