Bakıda kişi özünü 20 metrlik qüllədən atmaq istədi
16
okt
2015
09:31
Bakıda daha bir intihar cəhdinin qarşısı alınıb. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər kərpicdən tikilmiş 20 metrlik qülləyə çıxaraq intihar etmək istəyib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq aşağı endirilib və aidiyyəti üzrə təhvil verilib Faktla bağlı araşdırma aparılır. Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Bakıda 51 yaşlı kişi liftin qapıları arasında sıxılaraq dünyasını dəyişib
51 yaşlı Bakı sakini liftin qapıları arasında sıxılmış vəziyyətdə qalıb. BAKU.WS-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,...