Bakıda 51 yaşlı kişi liftin qapıları arasında sıxılaraq dünyasını dəyişib
29
sen
2015
23:40
51 yaşlı Bakı sakini liftin qapıları arasında sıxılmış vəziyyətdə qalıb.
BAKU.WS-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər texniki nasazlıq səbəbindən liftin qapıları arasında sıxılmış vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər liftin qapısını açıb və 1964-cü il təvəllüdlü Həşimov Bəylər Yasin oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
BAKU.WS
Oxşar xəbərlər
Abşeronda damdan meyit tapıldı
Abşeronda yaşayış binasının damında kişi meyiti tapılıb. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112” qayna...