Abşeronda damdan meyit tapıldı

Abşeronda damdan meyit tapıldı
Hadisə 1198

Abşeronda yaşayış binasının damında kişi meyiti tapılıb. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112” qaynar telefon xəttinə Abşeron şəhərində 1 nəfərin yaşadığı binanın damında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, 1950-ci il təvəllüdlü Hüseynov Vaqif Məmməd oğlu ürək çatışmazlığından vəfat edib. Xilasedicilər binanın damından vətəndaşın meyitini endirib, aidiyyəti üzrə təhvil veriblər. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

“KAMAZ”la  “Mercedes” toqquşdu: 2 nəfər öldü

“KAMAZ”la “Mercedes” toqquşdu: 2 nəfər öldü

Tovuz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, Tovuz rayonu ərazisində "KA...

1571 Hadisə 09:53 30 avqust 2015

Son xəbərlər