Nazirlik: Şahdağ Milli Parkının qəsdən yandırılıb (RƏSMİ)

Nazirlik: Şahdağ Milli Parkının qəsdən yandırılıb (RƏSMİ)
Hadisə 1068

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Şahdağ Milli Parkına məxsus ərazidə baş verən yanğınla bağlı məlumat yayıb. ETSN-nin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, noyabrın 25-də saat 24.00 radələrində Şahdağ Milli Parkının Quba meşəbəyliyinin 8 saylı dolayının 6 müxtəlif yerində eyni vaxtda yanğın hadisəsi baş verib. Dərhal əraziyə cəlb olunmuş ETSN-nin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə səyləri nəticəsində noyabr 26-da saat 07.00 radələrində yanğının qarşısı tam alınıb. Yanğın nəticəsində Milli Parkın 10 hektar ərazisində xəzəl və quru ot örtüyü yanıb, meşə örtüyünə ziyan dəyməyib. Qeyd edək ki, yanğının eyni vaxtda bir neçə yerdə baş verməsi hadisənin bilərəkdən və qəsdən törədildiyi ehtimalını yaradır. Hadisənin səbəblərinin və təqsirkarların müəyyən edilməsi üçün Şahdağ Milli Parkı tərəfindən qanunamüvafiq sənədləşmə işləri aparılıb və rayon polis şöbəsinə müraciət olunub. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakıda gecə güclü yanğın oldu, dəhşətli partlayış baş verdi (VİDEO)

Bakıda gecə güclü yanğın oldu, dəhşətli partlayış baş verdi (VİDEO)

Bakının Xətai rayonunda, "Həzi Aslanov” metro stansiyasının yaxınlığında 9 mərtəbəli yaşayış binasında yanğın başlayıb. BAKU.WS-in məlumatına görə, hadisə yeri...

1619 Hadisə 10:08 24 noyabr 2015

Son xəbərlər