FHN Meydan TV-nin süjetinə reaksiya verdi

FHN Meydan TV-nin süjetinə reaksiya verdi
Hadisə 1004

Fövqəladə Hallar Nazirliyi Meydan.tv”-nin saytında "Yanğınsöndürənlər gəlmədi, ev yanıb kül oldu” başlıqlı xəbərlə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə,  "Meydan.tv”-nin saytında "Yanğınsöndürənlər gəlmədi, ev yanıb kül oldu” başlıqlı xəbərdə oktyabrın 10-da Göygöl rayonu Çaykənd kəndində vətəndaşın evinin yanması və yanğınsöndürənlərin müdaxilə etməməsi xəbəri tam yalandır. "Bildiririk ki, həmin tarixdə baş vermiş yanğın hadisəsi və yanğının operativ olaraq söndürlməsi barədə məlumat FHN-in rəsmi saytında eyni gündə saat 20:30-da yerləşdirilib. Vətəndaşın yanan evi "Meydan.tv”-nin xəbərində iddia edildiyi kimi 60 kvadratmetr deyil, 200 kvadrat metr olmuş, 3 otaqdan 1 otaq və bitişik tikililər yanğından mühafizə olunub”. – deyə bildirilib. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda bir gündə iki maşın yandı

Azərbaycanda bir gündə iki maşın yandı

Azərbaycanda bir gündə iki avtomobil yanıb. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda vətəndaş...

1236 Hadisə 11:08 11 oktyabr 2015

Son xəbərlər