Azərbaycanda ticarət mərkəzi yandı
Saatlıda ticarət mərkəzində güclü yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Saatlı Yanğından Mühafizə Xidmətindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, gecə saat 2.00 radələrində Saatlı rayonunda yerləşən ”Araz Şöhrət” ticarət mərkəzi (keçmiş kolxoz bazarı) yanıb.
Ticarət mərkəzi 7 min kvadratmetr sahəsi tamamilə yanıb. Yanğın səhər saat 8.00 radələrində lokallaşdırılıb. Ticarət mərkəzinin bir hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Saatlı, Sabirabad və İmişli Yanğından Mühafizə Xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb edilib.
Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
FHN Meydan TV-nin süjetinə reaksiya verdi
Fövqəladə Hallar Nazirliyi Meydan.tv”-nin saytında "Yanğınsöndürənlər gəlmədi, ev yanıb kül oldu” başlıqlı xəbərlə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidm...