“Neft Daşları”nda qəza: 3 neftçi itkin düşdü
Dekabrın 4-də saat 12:30 radələrində "Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə qəza baş verib.
BAKU.WS-in SOCAR-a istinadla verdiyi məlumata görə, güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb.
Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları-1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olublar. Dənizdə operativ axtarış işlərinə başlanılıb.
Güclü küləyin yaratdığı maneəyə baxmayaraq, hazırda itkin düşən nefçilərin axtarışı Fövqəladə Hallar Nazirliyinin vertolyotu, həmçinin Xəzər Dəniz Gəmiçiliyinin "Vixr-9” yanğınsöndürən gəmisi, "Avyor” dalğıc gəmisi və "Samir Quliyev” yedək gəmisi ilə davam etdirilir. Hadisənin təfərrüatları özülə göndərilmiş komissiya tərəfindən araşdırılır.
Axtarış və araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
BAKU.WS
Oxşar xəbərlər
Bakı-Şamaxı yolunda dəhşət: ata və oğul yanaraq öldü
İsmayıllıda qəza baş verib, 2 nəfər ölüb. BAKU.WS Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunu...