Azərbaycanda 15 yaşlı məktəblini qətlə yetirdilər

Azərbaycanda 15 yaşlı məktəblini qətlə yetirdilər
Hadisə 2194

 

Zaqatalada 15 yaşlı məktəbli qətlə yetirilib.

BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Zaqatalada çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilən məktəblinin kimliyi də məlum olub. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətlə yetirilən məktəblinin Zaqatala şəhəri İmam Şamil küçəsində yaşayan, 1999-cu il təvəllüdlü İbrahim Ramin oğlu Əsədzadənin olduğu məlum olub.

Əsədzadəni Zaqatala şəhər sakini, 2001-ci il təvəllüdlü Murad Möhsüm oğlu Məmmədov qətlə yetirib. 14 yaşlı Murad Məmmədov tutularaq istintaqa təhvil verilib.

Hadisənin baş vermə səbəbləri Zaqatala rayon prokurorluğu tərəfindən araşdırılır.

Xatırladaq ki, dünən axşam saat 21:00 radələrində Zaqatala şəhəri ərazisində qətl hadisəsi törədilib. 15 yaşlı məktəbli bıçaqlanaraq qətlə yetirilib.

BAKU.WS

Son xəbərlər