Azərbaycanda ŞOK: gəlini ilə sevişən ata oğlunu doğradı

Azərbaycanda ŞOK: gəlini ilə sevişən ata oğlunu doğradı
Hadisə 12129

Azərbaycanda 14 il əvvəl baş vermiş qətl hadisəsinin üstü açılıb. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, Quba rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini, 1976-cı il təvəllüdlü Ərəbova Yeganə Mayıl qızı və onun qayınatası Həsən Əliyev tutulub. Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar 2001-ci ildə Əliyev Elman Həsən oğlunu qətlə yetirərək, doğrayıb yaşadıqları evin həyətindəki tualet quyusuna atıblar. Araşdırmalar zamanı Həsən Əliyevlə Yeganə Ərəbova arasında sevgi münasibəti olduğu, hadisəni də buna görə törətdikləri məlum olub.      Qeyd edək ki, Elman Əliyev Həsən Əliyevin oğlu, Yeganə Ərəbovanın isə həyat yoldaşı olub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda dəhşət: evli kişi qaçırdığı 19 yaşlı qızı öldürdü

Azərbaycanda dəhşət: evli kişi qaçırdığı 19 yaşlı qızı öldürdü

Tərtərdə qətl hadisəsi baş verib. BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 22-də Tərtər rayonunun Köçərli kən...

6158 Hadisə 13:52 23 sentyabr 2015

Son xəbərlər