Zaqatalada arvadını öldürən 83 yaşlı kişi polisləri də aldadıbmış
Zaqatalada baş vermiş qətlin üstü açılıb. BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, sentyabrın 18-nə keçən gecə Zaqatala rayonunun Əliabad qəsəbəsində yaşayan 83 yaşlı Səfər Səfərovun evinə tamah məqsədilə girmiş 3 maskalı şəxsin onun və arvadı, 86 yaşlı Xanpərinin əl-ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayaraq evdə axtarış aparmaları, heç nə tapa bilməyib hadisə yerini tərk etmələri və X. Səfərovanın hadisə yerində ölməsi barədə polisə məlumat verib. Verilmiş məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşları tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Xanpəri Səfərovanın ailə münaqişəsi zəminində öz həyat yoldaşı Səfər Səfərov tərəfindən öldürüldüyü müəyyən edilib və o, həbs edilib. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Xəyal Rza ailəsi ilə birgə Göyçayda qəzaya düşdü
Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza Göyçayda avtomobil qəzasına düşüb. BAKU.WS xəbər verir ki, bu gün baş verən yol-nəqliyyat hadisəs...