Bakı-Şamaxı yolunda dəhşət: ata və oğul yanaraq öldü
İsmayıllıda qəza baş verib, 2 nəfər ölüb. BAKU.WS Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 180-ci kilometrliyində, İsmayıllı rayonu, Gəraybəyli kəndində yanğınla nəticələnən yol-qəza hadisəsi baş vermişdir. Nəticədə "Mercedes” markalı minik avtomobili tamamilə yanıb. Qəza nəticəsində avtomobilin sürücüsü 1948-ci il təvəllüdlü Vaqif Tofiq oğlu İsmayılov və övladı və 1976-cı il təvəllüdlü Məhəmməd Vaqif oğlu İsmayılov aldıqları müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat etmişlər. Digər sərnişin isə müxtəlif bədən xəsarətləri almışdır. V.İsmayılov və M.İsmayılovun cəsədləri, həmçinin xəsarət alan vətəndaş yanğınsöndürən-xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Yanğın və xilasetmə işləri saat 19:40-da yanğınsöndürən-xilasedicilər tərəfindən başa çatmışdır. Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı məmurun oğlu Kiyevdə gənc qızla birlikdə ağır qəzaya düşdü (VİDEO+16)
Ukraynada azərbaycanlı gənc dəhşətli qəzaya səbəb olub. BAKU.WS-in məlumatına görə, hadisə Kiyevin Borispol prospektində qeydə alınıb. "Mercedes" markalı avt...