Azərbaycanlı məmurun oğlu Kiyevdə gənc qızla birlikdə ağır qəzaya düşdü (VİDEO+16)
Ukraynada azərbaycanlı gənc dəhşətli qəzaya səbəb olub.
BAKU.WS-in məlumatına görə, hadisə Kiyevin Borispol prospektində qeydə alınıb. "Mercedes" markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb və yanıb.
Hadisə şahidləri avtomobilin salonundan sərnişinləri çıxatdıblar. Maşında olan qız hadisə yerində dünyasını dəyişib. Avtomobili idarə edən sürücü isə ağır bədən xəsarətləri alıb.
İlkin məlumatlara görə, o 1995 təvəllüdlü Azərbaycan vətəndaşıdır. Hadisə şahidləri bildirir ki, qəzadan əvvəl avtomobil yüksək sürətdə hərəkət edirdi.
Gənc sürücü rayon xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Həkimlərin sözlərinə görə, azərbaycanlı sürücünün vəziyyəti ağırdır. Bəzi hadisə şahidləri iddia edib ki, toqquşmadan sonra daha bir avtomobili dərhal qəza yerindən götürüblər.
"Qafqazinfo” xəbər verir ki, qəza edən gənc "Aztelekom” İstehsalat Birliyinin direktoru Məmməd Məmmədovun oğludur. M. Məmmədovun Ukraynada təhsil alan 20 yaşlı oğlu Araz Məmmədovun idarə etdiyi "Mercedes” markalı maşın yoldan çıxaraq aşıb. Daha sonra maşın alışmağa başlayıb. Avtomobildə M. Məmmədovun oğlundan başqa baldızı qızı da olub. Hadisə nəticəsində qız dünyasını dəyişib.
Artıq valideynləri və yaxınları Ukraynaya yola düşüblər.
BAKU.WSOxşar xəbərlər
Nazpəri Dostaliyevanın bacısı sərxoş halda "Ferrari" ilə qəza etdi (VİDEO)
Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS-in məlumatına görə, hadisə şahidləri Ölkə.Az-a bildirib ki, axşam saatlarında Heydə...