Şəkidə motofestival zamanı bədbəxt hadisə: yaralılar var

Şəkidə motofestival zamanı bədbəxt hadisə: yaralılar var
Hadisə 2475

Bu gün Şəki şəhərində start götürən 4-cü Beynəlxalq Moto Festivalı zamanı bədbəxt hadisə baş verib. BAKU.WS-in Report-a istinadən verdiyi məlumata görə, yerli və xarici baykerlərin iştirakı ilə təşkil edilən festivalda qəza baş verib. Belə ki, baykerlərdən biri, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Elçin Fikrət oğlu Babayev idarəetməni itirərək motosikleti yol kənarındakı maneəyə çırpıb. Qəza nəticəsində sürücü və motosikletin arxa hissəsində əyləşən sərnişin, Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Aynurə Muradova xəsarət alıb. Yaralılar Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qızın vəziyyəti ağır olduğundan, o reanimasiya şöbəsinə yerləşdirilib. Yüngül kəllə-beyin travması alan Elçin Babayevin vəziyyəti isə qənaətbəxşdir. Hadisə Şəki Olimpiya Kompleksinə yaxın ərazidə baş verib. BAKU.WS

Son xəbərlər