Rövnəq Abdullayevin "Günəşli” yatağındakı hadisə yerinə getdiyi məlumatı yayıldı (RƏSMİ)

Rövnəq Abdullayevin Günəşli” yatağındakı hadisə yerinə getdiyi məlumatı yayıldı (RƏSMİ)
Hadisə 1360

Dünən saat 17.40 radələrində "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən dəhşətli hadisədən sonra Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev başda olmaqla idarə rəisləri də FHN-in helikopteri vasitəsilə yanğın baş verən əraziyə gediblər.

BAKU.WS-in məlumatına görə, bu barədə SOCAR-ın rəsmi Facebook səhifəsində bildirilib. Bildirilib ki, hadisədən sonra SOCAR-ın prezidenti səhər saatlarında platformadakı yanğın yerində olub. Xəbərə şərh verən izləyicilər isə informasiyanın dəqiq yazılmadığını bildiriblər. İzləyicilər yazıblar ki, hələ də yanğın söndürülməyib və ora yaxınlaşmaq mümkün deyil.

Qeyd edək ki, hadisə baş verəndən sonra dəqiq və operativ xəbərlərin verilməsi üçün qərərgah yaradıldı. Qərərgahın 050 229 35 21 saylı əlaqə nömrəsilə danışdıq. Əvvəlcə bildirdilər ki, baş verənlərlə bağlı dəqiq məlumat bu gün səhər saatlarında keçiriləcək mətbuat konfransında deyiləcək. Sonradan naməlum səbəbə görə konfrans təxirə salındı. Qərərgahdan mətbuat konfransının təxirə salınmasının səbəbini hələ də işçilərin tam xilas edilməməsilə əlaqələndirdilər. Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Nizaməddin Quliyev isə hələ də telefon zənglərinə cavab vermir.

Ziya Səccad BAKU.WS

Son xəbərlər