"Günəşli" yatağında itkin düşənlərin axtarışlarına dalğıclar cəlb olundu

Günəşli yatağında itkin düşənlərin axtarışlarına dalğıclar cəlb olundu
Hadisə 1194

 

"Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşənlərdən hələlik heç kim tapılmayıb. Xilas edilənlər hazırda xəstəxanadır. Hamısının vəziyyəti normaldır".

BAKU.WS-in məlumatına görə, bunu ANS PRESS-ə "Günəşli" dəniz yatağında baş vermiş yanğınla əlaqədar yaradılmış xüsusi qərargahda bildiriblər.

Məlumata əsasən, hazırda helikopterlər vasitəsi ilə axtarışlar davam etdirilir: "Bu gün isə dalğıclar dənizin dibinə enəcəklər və orada axtarışlar davam etdiriləcək. Hələlik platformadakı yanğının qarşısını almaq da mümkün olmayıb. Hazırda yanğınsöndürmə və xilasetmə işləri davam etdirilir".

Dekabrın 4-ü axşam saatlarında "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda bu gün matəm elan olundu

Azərbaycanda bu gün matəm elan olundu

Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində h...

2273 Digər 11:05 06 dekabr 2015

Son xəbərlər