Xilas edilən neftçi hadisənin necə baş verdiyini danışdı (VİDEO)
"Günəşli" dəniz yatağında baş vermiş yanğından xilas edilən neftçilərdən biri ANS-ə danışıb.
Başından kəllə-beyin travması alan Rəşid Hüseynov bildirdi ki, güclü külək onun mindiyi qayığı platformaların arasına tullayıb.
"Qayıqlara şimal tərəfdən mindik. Cənubdan minə bilmirdik. Çünki tüstü o tərəfdən gəlirdi. Külək qayığı silkələməyə başladı və qayıq platformanın arasına düşdü. Kəllə-beyin travması almışam. Digər qayıqlardan xəbərim olmadı", deyə Rəşid Hüseynov bildirib.
Xatırladaq ki, ötən gün axşam saatlarında "Günəşli” yatağındakı 10-cu özüldə güclü yanğın baş verib. 10-cu dərin dəniz özülündə yanğının baş verməsi qaz xəttini sıradan çıxması nəticəsində baş verib.
BAKU.WS
Oxşar xəbərlər
“Günəşli” yatağındakı yanğınla bağlı son xəbər
Günəşli yatağındakı qəza baş vermiş 10 saylı dərin dəniz özülündən təxliyyə edilmiş SOCAR əməkdaşları Mərkəzi Neftçilər Xəstəxanasında müayinədən keçiriliblər....