Hökumət faciə ilə bağlı təcili toplantı keçirdi: Rövnəq Abdullayev və Kəmaləddin Heydərov hesabat verdi

Hökumət faciə ilə bağlı təcili toplantı keçirdi: Rövnəq Abdullayev və Kəmaləddin Heydərov hesabat verdi
Digər 4843

 

Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə SOCAR-da "Günəşli” yatağındakı 10 saylı stasionar dəniz özülündə baş vermiş qəza ilə əlaqədar müşavirə keçirib.

BAKU.WS-in SOCAR-a istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədri Rauf Vəliyevin, Azərbaycan Respublikası Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin qəzanın aradan qaldırılması və itkin düşənlərin axtarışı ilə əlaqədar hesabatları dinlənilib, baş nazirin sualları cavablandırılıb. 

Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə qəzanın aradan qaldırılması, yanğının söndürülməsi və xilasetmə işlərinin sürətləndirilməsi ilə bağlı aidiyyatı dövlət qurumlarının rəhbərlərinə tapşırıqlar verib. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

"Günəşli" yatağında itkin düşənlərin axtarışlarına dalğıclar cəlb olundu

"Günəşli" yatağında itkin düşənlərin axtarışlarına dalğıclar cəlb olundu

"Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşənlərdən hələlik heç kim tapılmayıb. Xilas edilənlər hazırda xəstəx...

1194 Hadisə 11:37 06 dekabr 2015

Son xəbərlər