Сüdoçularıız bir qızıl və bir bürünc medal qazanıb
Cüdo üzrə Avropa çempionatı davam edir.
BAKU.WS Apa-ya istinadən xəbər verir ki, bu gün daha 4 çəki dərəcəsində qalib bəlli olub.
Qadın idmançılar arasında baş tutacaq 2 çəki dərəcəsində (63 kq, 70 kq) cüdoçumuz olmasa da, kişilərin mübarizəsində 3 həmyerlimiz tatamiyə çıxıb.
Olimpiya mükafatçımız Rüstəm Orucov (73 kq) yarışa 1/16 finalda qoşulub. O, bu mərhələdə Andre Seppa (Estoniya) ilə güləşib. Təmsilçimiz rəqibini tatamiyə çıxmağa peşman edib və ippanla qalib gəlib. Rüstəm 1/8 finalda ermənistanlı Ferdinand Karapetyanla mübarizə aparıb. Cüdoçumuz bu rəqibini də yarışdan kənarlaşdırıb. Orucov 1/4 finalda Musa Moquşkovla qarşılaşıb. Lakin rusiyalı cüdoçu həmyerlimiz üçün keçməz olub. Rüstəm təsəlliverici qarşılaşmada şimal qonşularımızın digər üzvü Denis Yartsevi yolundan kənarlaşdıraraq "bürünc” uğrunda döyüşməyə haqq qazanıb. Onun medal uğrunda sonuncu rəqibi yarımfinalda bu çəkidəki digər təmsilçimiz Hidayət Heydərova uduzan macarıstanlı Mikloş Unqvari olub. Macar cüdoçu bu dəfə də azərbaycanlı ilə bacarmayıb. Olimpiya mükafatçımız Avropa çempionatından da medalla dönür.
Orucov kimi Hidayət Heydərovun da ilk döyüşü 1/16 finala təsadüf edib. Həmyerlimiz Xavyer Ramireslə (İspaniya) üz-üzə gəlib. Görüş təmsilçimizin aktivinə yazılıb. Heydərov ikinci qarşılaşmasında türkiyəli Həsən Vanlıoğlu ilə münasibətinə aydınlıq gətirib. İdmançımız qonşu ölkə təmsilçisini cəmi 57 saniyəyə məğlub edib. O, 1/4 finalda isveçli Tomm Makiasla gücünü yoxlayıb. Hidayət bu döyüşünü də xeyrinə bitirib. Həmyerlimiz yarımfinalda macarıstanlı Mikloş Unqvarini yolundan kənarlaşdıraraq həlledici mərhələyə yüksəlib.
Hidayəti "qızıl”dan rusiyalı Musa Moquşkov da ayıra bilməyib. Əsas hissəsi bərabərliklə başa çatan mübarizədə idmançımız "qızıl xal”la "qızıl” qazanıb.
Qeyd edək ki, yarışın ilk günündə yığmamızın üzvlərindən Orxan Səfərovla (60 kq) Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıblar.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan “Rio-2016”da daha 3 medal qazandı
Avqustun 21-də "Rio-2016” Yay Olimpiya Oyunlarının son günündə daha 3 idmançımız medal qazanıb. BAKU.WS-in məlumatına görə, sərbəst güləşçimiz Xetaq Qazyumov...