İdmançımız ermənini udub finala çıxdı

İdmançımız ermənini udub finala çıxdı
İdman 1040

Polşanın Kolobzerq şəhərində keçirilən boks üzrə gənclər arasında Avropa birinciliyində finalçılar məlum olub.

BAKU.WS-in verdiyi məlumata görə, milli komandamızın iki üzvü həlledici döyüşə vəsiqə qazanıb. 69 kq çəki dərəcəsində mübarizə aparan İsmayil Hüseynov yarımfinalda polşalı Sebasytyan Viktorzak üzərində qələbə qazanıb - 3:0. Boksçumuz qızıl medal uğrunda görüşdə irlandiyalı Maykl Nevinlə üz-üzə gələcək.

Ruslan Rüstəmovun (49 kq) yarımfinaldakı qələbəsi daha parlaq olub. Həmyerlimiz Ermənistan nümayəndəsi Alen Danielyanı məğlub edib - 3:0. Millimizin üzvü finalda irlandiyalı Stefen Makkennayla qarşılaşacaq.

60 kq çəki dərəcəsindəki təmsilçimiz Elməddin İsmayılov isə yarımfinalda almaniyalı Denis Qaşiyə uduzaraq, bürünc medalla kifayətlənib.

Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanlı hərbçi ermənini məğlub etdi

Azərbaycanlı hərbçi ermənini məğlub etdi

Koreyanın Mungyeong şəhərində Hərbçilərin 6-cı Dünya İdman Oyunları keçirilir. BAKU.WS-in məlumatına görə, yarışda ölkəmizi Mərkəzi Ordu İdman Klubunun sərbə...

1300 İdman 14:14 09 oktyabr 2015

Son xəbərlər