Avropa Oyunlarında ilk gün: Boksçumuz qalib gəldi
21
iyn
2019
21:43
Bu gün Belarusun paytaxtı Minskdə II Avropa Oyunlarına start verilib.BAKU.WS xəbər verir ki, bu gün dörd idmançımız mübarizəyə başlayıb. Əvvəlcə kamandan oxatmada Ozay Qasımova qüvvəsini sınayıb. O, 1/32 finala vəsiqə uğrunda reytinq qarşılaşmasında 48 oxatanın qatıldığı mübarizədə 586 xalla 43-cü olub. Qasımova iyunun 25-də 1/16 finala vəsiqə uğrunda almaniyalı Elena Rixterlə qarşılaşacaq.Boksda isə üç idmançımız mübarizəyə start verib. Rinqə ilk çıxan idmançımız Tayfur Əliyev (-56 kq) 1/16 finalda Bolqarıstan təmsilçisi Boyan Asenovu 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. O, 1/8 finalda Ukrayna təmsilçisi Nikolay Butsenko ilə qarşılaşacaq. Görüş iyunun 24-də keçiriləcək.Daha sonra Məhəmməd Abdullayev (+91 kq) Petar Belberova (Bolqarıstan) 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.Ən sonda Rahil Məmmədli (-91 kq) Radoslav Panteleyevə (Bolqarıstan) 0:5 hesabı ilə uduzaraq mübarizəni başa vurub.Qeyd edək ki, Bakı vaxtı ilə saat 21:00-da Minskin “Dinamo Arena”sında II Avropa Oyunlarının təntənəli açılış mərasimi təşkil olunacaq.
Oxşar xəbərlər
Azərbaycan boksçusu ermənistanlı rəqibini məğlub etdi
Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku”nda yarımfinal mərhələsi yekunlaşıb.BAKU.WS report-a istinadən xəbər verir ki, 10-cu dəf...