Qadın güləşçimiz Avropa çempionatının finalında
11
apr
2019
19:40
Azərbaycanın qadın güləşçisi Elis Manolova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib.BAKU.WS-in məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Finlandiya təmsilçisi Petra Ollini məğlub edib. O, finalda rumıniyalı Krista İnçe ilə üz-üzə gələcək. Yarımfinalda məğlub olan Tatyana Omelçenko (62 kq) isə bürünc medal görüşündə qüvvəsini sınayacaq. Alyona Kolesnik (57 kq) 1/4 finalda məğlub olsa da, rəqibi finala çıxdığı üçün təsəlliverici görüşə çıxacaq. Tatyana Varansova (53 kq) isə 1/8 finalda məğlub olaraq mübarizəni dayandırıb.Qeyd edək ki, qadın güləşçilərin mübarizəsində ilk yarış günündə Türkan Nəsirova (50 kq), Elmira Qəmbərova (59 kq) və İrina Netreba (68 kq) bürünc medal görüşünə vəsiqə qazanıb. Onlar da bu gün çıxış edəcəklər.BAKU.WS
Oxşar xəbərlər
Hacı Əliyev üçqat Avropa çempionu oldu
Azərbaycanın daha bir sərbəst güləşçisi Hacı Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.65 kq çəki dərəcəsində mü...