2 güləşçimiz Avropa çempionatının finalına yüksəlib

2 güləşçimiz Avropa çempionatının finalına yüksəlib
İdman 1059
Azərbaycanın 2 yunan-Roma güləşçisi Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.BAKU.WS-in məlumatına görə, bunlar Rəsul Çunayev və Murad Məmmədovdur. 60 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov yarımfinalda italiyalı Jacopo Sandrondan üstün olub. 72 kq çəkidə yarışan Çunayev isə gürcü Yuri Lomadzeni mübarizədən kənarlaşdırıb. Yarımfinal mərhələsində belaruslu Viktar Sasunouskiyə məğlub olan Rafiq Hüseynov isə bürünc medal uğrunda görüşə çıxacaq.Qeyd edək ki, Rəsul Çunayev və Murad Məmmədov finalda Rusiya təmsilçiləri ilə üz-üzə gələcək. Çunayev Adam Kurak, Məmmədov isə Sergey Emelinlə qarşılaşacaq. Final görüşləri sabah keçiriləcək. 1/8 final mərhələsində mübarizəni dayandıran Elman Muxtarov isə təsəlliverici görüşdə ermənistanlı Karen Aslanyanı sınağa çəkəcək.BAKU.WS

Oxşar xəbərlər

Güləşçilərimiz Avropa çempionatının finalında

Güləşçilərimiz Avropa çempionatının finalında

Bu gün Rusiyanın Kaspiysk şəhərində güləş üzrə Avropa çempionatı start götürüb.Yarışın ilk günündə 55, 63, 77, 87 və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçil...

1104 İdman 21:27 30 aprel 2018

Son xəbərlər