Güləşçilərimiz Avropa çempionatının finalında
30
apr
2018
21:27
Bu gün Rusiyanın Kaspiysk şəhərində güləş üzrə Avropa çempionatı start götürüb.Yarışın ilk günündə 55, 63, 77, 87 və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışır.Eldəniz Əzizli (55 kq) yarışa 1/4 final mərhələsindən qatılıb. O, yarımfinala gedən yolda Nuqzari Tsurtsumia (Gürcüstan) ilə qüvvəsini sınayıb və 9:0 hesabı ilə qalib gəlib. Əzizli növbəti mərhələdə rusiyalı Vasili Topoyevlə münasibətinə aydınlıq gətirib. Görüşün gedişində 1:7 hesabı ilə geri düşən pəhləvanımız sonradan özündə güc taparaq 9:7 hesablı qələbə qazanıb və finala yüksəlib. "Qızıl" uğrunda Eldənizin rəqibi estoniyalı Helari Maegissalu olacaq. Döyüş sabah keçiriləcək.Elvin Mürsəliyevin (77 kq) Kaspiyskdə debütü 1/8 finala təsadüf edib. Rikkardo Abbrestsya (İtaliya) güləşən təmsilçimiz 12:8 hesabı ilə qalib gələrək, mərhələ adlayıb. O, 1/4 finalda polşalı Lukaş Mateuşla üz-üzə gəlib. Elvin bu qarşılaşmanı da xeyrinə bitirib. O, final üçün rusiyalı Roman Vlasovlə qarşılaşacaq.İslam Abbasov da (87 kq) Avropa çempionatına qələbə ilə başlayıb. Güləşçimiz ilk görüşündə Roman Jernovetskidən (İsrail) üstün olub – 9:0. O, 1/4 finalda Viktor Lorintsi sınağa çəkib və yenə xalçadan qalib ayrılıb. İslam rəqibini 3:1 hesabı ilə məğlub edib. Abbasov yarımfinalda Bekxan Ozdoyevlə (Rusiya) mübarizə aparacaq.BAKU.WS
Oxşar xəbərlər
İki boksçumuz Avropa birinciliyinin finalında
Türkiyənin Antalya şəhərində keçirilən gənc boksçular arasında Avropa birinciliyində finalçıların adına aydınlıq gəlib. Azərbaycan millisinin 2 boksçusu da adın...