İki boksçumuz Avropa birinciliyinin finalında

İki boksçumuz Avropa birinciliyinin finalında
İdman 1218
Türkiyənin Antalya şəhərində keçirilən gənc boksçular arasında Avropa birinciliyində finalçıların adına aydınlıq gəlib. Azərbaycan millisinin 2 boksçusu da adını həlledici döyüşə yazdırıb.Baş məşqçi Vaqif Şirinovun yetirmələrindən Amin Kuşkov yarımfinal görüşündə İvan Papakinlə (Ukrayna) üz-üzə gəlib. 75 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz rəqibinə heç bir şans verməyib – 5:0.O, finalda rusiyalı Daniel Teterevlə qüvvəsini sınayacaq.Kuşkovun uğurunu Məhəmməd Abdullayev (+91 kq) də davam etdirib. İlk 2 görüşünü nokautla bitirən idmançımız Yosip Biletiç (Xorvatiya) üzərində də texniki qələbə qazanıb. O, bu dəfə rəqibini 3-cü raundda nokauta salıb.Abdullayev qızıl medal üçün Yunanıstanı təmsil edən Vaqkan Nanitzanyanla qarşılaşacaq.Yarımfinalda mübarizə aparan digər 2 boksçumuz finala yüksələ bilməyib. Həsən İbrahimov (49 kq) Sahil Alahverdovıya (Gürcüstan), Surət Qarayev (81 kq) Ruslan Kolesnikova (Rusiya) məğlub olduqlarından birinciliyi bürünc medalla başa vurublar.Qeyd edək ki, final görüşləri sabah keçiriləcək.BAKU.WS

Oxşar xəbərlər

Cüdoçumuz erməniyə qalib gələrək Avropa çempionu olub

Cüdoçumuz erməniyə qalib gələrək Avropa çempionu olub

Sloveniyada gənc cüdoçular arasında keçirilən Avropa birinciliyinin fərdi yarışları başa çatıb. Mötəbər yarışın ikinci günü də cüdoçularımız üçün uğurlu olub.BA...

1734 İdman 09:29 17 sentyabr 2017

Son xəbərlər