Məhəmmədrəsul Məcidov finalda!
 
                            
                            
                                02
                                sen
                            
                                2017
                                12:44
                            
                            
                        Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında finalçıların adına aydınlıq gəlib. BAKU.WS-in məlumatına görə, Azərbaycan millisinin boksçusu Məhəmmədrəsul Məcidov da adını həlledici döyüşə yazdırıb.+91 kq çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz finala gedən yolda avstraliyalı Jozef Qudelli mübarizədən kənarlaşdırıb. O, 1/2 finalda rəqibini 4:1 (30:26, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edib.Məcidov sabah baş tutacaq həlledici görüşdə qazaxıstanlı Kamşibek Kunkabayevlə üz-üzə gələcək.Qeyd edək ki, yarışa 4 boksçu ilə qatılan komandamızın aktivində hələlik bir bürünc medal var. Mükafatı ölkəmizə Kamran Şahsuvarlı (75 kq) qazandırıb.BAKU.WS
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
DÇ-2017: Hacı Əliyev 3 qat dünya çempionu oldu - YENİLƏNİB (VİDEO/FOTO)
Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı davam edir.BAKU.WS xəbər verir ki, beşinci yarış günündə 57, 61, 86 və 125 kq çəki dərəcələrində...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    