Rio-2016: Boksçu Kamran Şahsuvarlı 1/8 finala yüksəlib

Rio-2016: Boksçu Kamran Şahsuvarlı 1/8 finala yüksəlib
İdman 1335
 

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edəcək. Apasport.az saytının məlumatına görə, yarışın V günündə Azərbaycan yığmasının daha 3 üzvü mübarizəyə qoşulacaq.

 

İlk olaraq rinqə Kamran Şahsuvarlı çıxıb. 75 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz mübarizəyə 1/16 final mərhələsindən start verib. O, çinli Zao Minqqanqla qarşılaşıb. Görüş 3:0 hesabı ilə Kamranın xeyrinə başa çatıb. Bu nəticə ilə təmsilçimiz 1/8 finala yüksəlib. O, bu mərhələdə Rusiyalı Artyom Çebotaryov ilə döyüşəcək. Həmin matç avqustun 13-də keçiriləcək.

Daha sonra Albert Səlimov yumruğunun gücünü sınayacaq. 60 kq-da çıxış edən dəri əlcək ustamız Olimiadaya 1/8 finaldan start verəcək. Təmsilçimiz saat 00:45-də başlayacaq döyüşdə irlandiyalı Devid Coysla münasibətlərinə aydınlıq gətirəcək.

Azərbaycanlı bokssevərlər günə Məhəmmədrəsul Məcidovun döyüşü ilə yekun vuracaqlar. Superağır çəkidə (+91 kq) mübarizə aparan idmançımız da ilk olaraq 1/16 finalda çıxış edəcək. Onun rəqibi isə mərakeşli Mohammed Arjaoui olacaq. Döyüş saat 02:00-da start götürəcək.

BAKU.WS

Oxşar xəbərlər

“Rio-2016”nın dördüncü günündə üç idmançımız mübarizəyə çıxacaq

“Rio-2016”nın dördüncü günündə üç idmançımız mübarizəyə çıxacaq

Braziliyada keçirilən XXXI Yay Olimpiya Oyunlarının dördüncü günündə boks üzrə Azərbaycan yığmasının üç üzvü mübarizəyə qoşulacaq. BAKU.WS xəbər verir ki, ilk...

1104 İdman 09:23 09 avqust 2016

Son xəbərlər