“Rio-2016”nın dördüncü günündə üç idmançımız mübarizəyə çıxacaq
Braziliyada keçirilən XXXI Yay Olimpiya Oyunlarının dördüncü günündə boks üzrə Azərbaycan yığmasının üç üzvü mübarizəyə qoşulacaq.
BAKU.WS xəbər verir ki, ilk olaraq rinqə Kamran Şahsuvarlı çıxacaq. 75 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Daha sonra Albert Səlimov yumruğunun gücünü sınayacaq. 60 kq-da çıxış edən dəri əlcək ustamız Olimpiadaya 1/8 finaldan start verəcək.
Azərbaycanlı bokssevərlər günə Məhəmmədrəsul Məcidovun döyüşü ilə yekun vuracaqlar. Superağır çəkidə (+91 kq) mübarizə aparan idmançımız da ilk olaraq 1/16 finalda çıxış edəcək.
Oxşar xəbərlər
Rio-2016: İlk medal (YENİLƏNİB)
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan yığma komandası ilk medalını qazanıb. Olimpiadanın cüdo yarışında ölkəmizi təmsil edən Rüst...