Dünya çempionumuz qrup yoldaşları ilə birlikdə (FOTO)

Dünya çempionumuz qrup yoldaşları ilə birlikdə (FOTO)
Şou-biznes 2499

 

Azərbaycanlı idmançı Rəsul Çunayev Instagram səhifəsində Bakı Dövlət Universitetindən foto paylaşıb. 

BAKU.WS-in məlumatına görə, dünya çempionumuzun qrup yoldaşları ilə birgə şəkilini çox sayda insan bəyənib. Çunayev şəkilin altına "İdmandan başqa oxumaq da lazımdır" deyə yazıb. 

Qeyd edək ki, Rəsul Avar əsilli Azərbaycanlı yunan-roma güləşçisidir. Rəsul Çunayev 2015-ci ildə Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində keçirilən Dünya Çempionatının qızıl medalçısıdır. Rəsul Çunayev Avropa Çempionatının 1 qat qızıl və 1 qat gümüş medalçısıdır. Rəsul Çunayev 2015-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 2015 Avropa Oyunlarının qızıl medalçısıdır.

Rəsul Çunayev 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

Nazim Babayev

BAKU.WS

Oxşar xəbərlər

Dünya çempionumuz dostları ilə kabab çəkdi (VİDEO)

Dünya çempionumuz dostları ilə kabab çəkdi (VİDEO)

Azərbaycanlı idmançı Rəsul Çunayev Instagram səhifəsində maraqlı video paylaşıb. BAKU.WS-in məlumatına görə, dünya çempionumuz yaxınları ilə birlikdə Qusarda...

3975 Şou-biznes 09:31 05 dekabr 2016

Son xəbərlər