Güləşçimiz dünya çempionatının finalına vəsiqə qazanıb
24
okt
2018
19:52
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatının finalına vəsiqə qazanıb. BAKU.WS-in məlumatına görə, 48 kq çəkidə dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Koreya Xalq Demokratik Respublikasının idmançısı Sonhyanq Kimi məğlubiyyətə uğradıb və gümüş medalı təmin edib - 4:2 . 7 qat Avropa və birqat dünya çempionu olan idmançı finalda mundialın son qalibi yaponiyalı Yui Susaki ilə qarşılaşcaq. 30 yaşlı idmançı 1/8 finalda isveçli Fredrika İda Peterssonu, 1/4-də isə çinli Yanan Sunu üstələyib. Bu gün mübarizəyə qoşulan Elmira Qəmbərova təsnifat mərhələsində, Anjela Doroqan 1/4 finalda, Alyona Kolesnik isə 1/8 finalda məğlub olublar. Qeyd edək ki, Mariya Stadnikin final görüşü sabah keçiriləcək. Azərbaycanın digər qadın idmançısı İrina Netreba isə bu gün bürünc medal uğrunda görüşə çıxacaq.BAKU.WS
Oxşar xəbərlər
Sərbəst güləşçimiz Hacımurad Hacıyev Romada keçirilən Avropa çempionatının finalına yüksəlib
Romada keçirilən güləş üzrə gənclərin Avropa çempionatının beşinci günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulu...