Azərbaycanı təmsil edən güləşçi AÇ-nin finalına çıxdı

Azərbaycanı təmsil edən güləşçi AÇ-nin finalına çıxdı
İdman 1246
Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı (AÇ) davam edir.Üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kq çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulub. Komandamızın lideri Mariya Stadnik finala yüksəlib. O, finalda Rumıniya güləşçisi Emilia Vuçla yarışacaq. Digər güləşçilərimizdən Tatyana Omelçenko ilə Səbirə Əliyeva isə bürünc medal uğrunda mübarizə aparacaq. Onların rəqibləri müvafiq olaraq Katerina Yanuşkeviç (Belarus) və İrina Pasiçnyukdur (Ukrayna).Final görüşləri sabah keçiriləcək. 50 kq1/8 finalMariya Stadnik – Jaklin Şelin (Almaniya) 10:01/4 finalMariya Stadnik – Milana Dadaşova (Rusiya) 10:01/2 finalMariya Stadnik – Kseniya Stankeviç (Belarus) 10:055 kq1/4 finalSolmaz Həşimzadə – Bediha Gün (Türkiyə) 0:459 kq1/4 finalTatyana Omelçenko – Mimi Xristova (Bolqarıstan) 3:868 kq1/8 finalİrina Netreba – Buse Tosun (Türkiyə) 5:876 kq1/4 finalSəbirə Əliyeva – Janet Nemet (Macarıstan) 9:61/2 final Səbirə Əliyeva – Yekaterina Bukina (Rusiya) 0:10BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər