Azərbaycanlı güləşçi qadın podiuma belə çıxdı (FOTO)
3 qat Olimpiya mükafatçısı, dünya və Avropa çempionu, azərbaycanlı güləşçi Mariya Stadnik Hindistanda podyuma çıxıb.
BAKU.WS xəbər verir ki, Peşəkar liqanın ikinci mövsümü Nyu-Dehlidə moda nümayişi eyni vaxta düşüb.
Stadnik digər iştirakçılarla birlikdə Hindistanın milli geyimlərində podyuma çıxıb. Güləşçilər deyib ki, podyuma çıxmaq güləş döşəyinə çıxmaqdan daha çox həyəcanlıdır.
«Güləş döşəyində daha asandır. Biz uşaqlıqdan buna öyrəşmişik. Podyuma çıxanda isə həyəcanlı idim», - Stadnik deyib.
Azərbycanlı idmançı Hindistanda birinci dəfə olduğunu və Tac Mahalı ziyarət edəcəyini deyib.
BAKU.WS
Oxşar xəbərlər
Mariya Stadnik Olimpiadada bizə şok yaşatdı (VİDEO)
Avqustun 17-də Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub. BAKU.WS AZƏRTAC-a i...