Güləşçimiz qələbəyə 20 saniyə qalmış rəqibini döydü və yarışdan qovuldu (VİDEO)
Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turnirində xoşagəlməz hal baş verib.
BAKU.WS-in məlumçatına görə, sərbəst güləşçilərimiz turnirdə ilk olaraq Belarus komandası ilə qarşılaşıb, görüş yığmamızın 6:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan güləşçisi Ali Maqomedabirovla Belarus idmançısı İvan Yankovski mübarizənin sonuna 20 saniyə qalmış yumruqlaşmağa başlayıb. 125 kq çəkidə güləşçilər arasında mübahisə yarandığından bu görüşün nəticəsi ləğv edilib və hər iki güləşçi diskvalifikasiya edilib.
Ardınca Polşa idmançıları ilə qarşılaşan yığmamızın üzvləri 5:3 hesablı qələbə ilə finala vəsiqə əldə edib. Həlledici görüşdə rəqib Rusiya yığması olub. Sərbəst güləşçilərin qarşılaşmasında hesab 5:3 Rusiya yığmasının xeyrinə başa çatıb. 7 güləşçi ilə mübarizə aparan sərbəst güləş yığmamız da Avropa Millətlər Kuboku turnirinin gümüş medallarına yiyələnib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan güləşçisi Hacı Əliyev ikiqat dünya çempionu adını qazandı (FOTO)
ABŞ-ın Las-Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə...