Sərbəst güləşçimiz Hacımurad Hacıyev Romada keçirilən Avropa çempionatının finalına yüksəlib
03
avq
2018
23:29
Romada keçirilən güləş üzrə gənclərin Avropa çempionatının beşinci günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulublar.Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacımurad Hacıyev ardıcıl olaraq Gürcüstan və İsveçrə təmsilçilərinə qalib gələrək yarımfinala adlayıb. Bu mərhələdə güləşçimiz Ukrayna idmançısına da heç bir şans verməyib və finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Rusiya idmançısı olacaq.Orxan Abbasov (79 kq) isə Gürcüstan, Avstriya və Fransadan olan rəqiblərini məğlub edərək yarımfinala vəsiqə əldə edib. Moldova idmançısına uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb.Doxsan yeddi kiloqram çəkidə yarışan Alimaqomed Alixmoyev bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi rusiyalı güləşçi olacaq.Əliabbas Rzazadənin (57 kq) də bürünc medal qazanmaq şansı var.Final görüşləri avqustun 4-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.BAKU.WS
Oxşar xəbərlər
Güləşçilərimizdən Avropa çempionatında uğurlu çıxış - 2 qızıl, 3 bürünc - FOTO
Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilib.Beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq çəki dərəcələri...