3 güləşçimiz Avropa çempionatında erməni rəqiblərinə aman vermədi

3 güləşçimiz Avropa çempionatında erməni rəqiblərinə aman vermədi
İdman 971
Dağıstanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir.Azərbaycan Güləş Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.57 kq-da mübarizə aparan təmsilçimiz Georgi Edişeraşvili ardıcıl olaraq Bolqarıstan və Ermənistan idmançılarını tam üstünlüklə məğlub edib və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda onun rəqibi Belarus idmançısı olacaq.65 kq çəkidə yarışan Hacı Əliyev də Avstriya və Türkiyə təmsilçilərini məğlub edərək yarımfinala yüksəlib. Növbəti rəqib Sloveniya idmançısı olacaq.70 kq-da yarışan Murtuz Müslümov Almaniya və Bolqarıstan idmançılarına qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda güləşçimiz Polşa təmsilçisi ilə qarşılaşacaq.Cəbrayıl Həsənov (79 kq) ilk görüşündə Ukrayna, ikinci görüşdə Ermənistan idmançısına qalib gəlib və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Cəbrayıl Rusiya idmançısı ilə qarşılaşacaq.97 kq-da mübarizə aparan Nurməhəmməd Hacıyev mübarizəyə 1/4 finaldan qoşulub və Ermənistan təmsilçinə qalib gələrək yarımfinala yüksəlib. Onun yarımfinalda rəqibi Belarus idmançısı olacaq.Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.57 kq1/2 final - Vladislav Andreyeu (Belarus) - Georgi Edişeraşvili1/4 final - Georgi Edişeraşvili - Miqran Jaburyan (Ermənistan) 10:01/8 final - Georgi Edişeraşvili - Mikyay Salim Naim (Bolqarıstan) 10:065 kq1/2 final - David Habat (Slovakiya) - Hacı Əliyev1/4 final - Selahattin Kılıçsallayan (Türkiyə) - Hacı Əliyev 2:91/8 final - Hacı Əliyev - Qabriel Yanatş (Avstriya) 10:0 (49 san.)70 kq1/2 final - Murtuz Müslümov - Maqomedmurad Qadjiyev (Polşa)1/4 final - Miroslav Kirov (Bolqarıstan) - Murtuz Müslümov 2:71/8 final - Aleksandr Semisorov (Almaniya) - Murtuz Müslümov 8:979 kq1/2 final - Axmed Qazimaqomedov (Rusiya) - Cəbrayıl Həsənov1/4 final - Varuzhan Kajoyan (Ermənistan) - Cəbrayıl Həsənov 1:61/8 final - Cəbrayıl Həsənov - Rüstəm Dudayev (Ukrayna) 8:397 kq1/2 final - Nurməhəmməd Hacıyev - Aliaksandr Huştin (Belarus)1/4 final - Nurməhəmməd Hacıyev - Georgi Ketoyev (Ermənistan) 3:0BAKU.WS

Oxşar xəbərlər

Mariya Stadnik növbəti dəfə Avropa çempionu oldu

Mariya Stadnik növbəti dəfə Avropa çempionu oldu

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.BAKU.WS xəbər verir ki, üçüncü yarış günündə 50, 55, 59, 68 v...

1504 İdman 20:34 03 may 2018

Son xəbərlər