Azərbaycan boksçusu ermənistanlı rəqibini məğlub etdi

Azərbaycan boksçusu ermənistanlı rəqibini məğlub etdi
İdman 621
Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku”nda yarımfinal mərhələsi yekunlaşıb.BAKU.WS report-a istinadən xəbər verir ki, 10-cu dəfə keçirilən və 15 ölkənin qatıldığı ənənəvi beynəlxalq turnirdə Azərbaycan millisinin iki idmançısı finala yüksəlib.52 kq çəki dərəcəsində rinqə çıxan Məsud Yusifzadə rusiyalı Elbrus Soltuxanovu məğlub edib. O, rəqibinə 3:1 (27:29, 29:27, 30:26, 28:28, 30:26) hesabı ilə qalib gəlib. M. Yusifzadə həlledici görüşdə monqolustanlı Enx-Mandax Xarxuu ilə üz-üzə gələcək.Onun uğurunu Məhəmməd Abdullayev (+91 kq) də davam etdirib. Yığmanın liderlərindən olan boksçu erməni Qurgen Hovannisyana gücünü göstərib. M. Abdullayev də komanda yoldaşı Rahil Məmmədli kimi, Ermənistan təmsilçisini 4:1 (30:27, 29:28, 28:29, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, finalda moldovalı Aleksey Zavatini sınağa çəkəcək.Onlardan fərqli, R. Məmmədli (91 kq) yarımfinal səddini keçə bilməyib. O, braziliyalı Abner Juniora uduzaraq, bürünc medalla kifayətlənib.

Oxşar xəbərlər

Azərbaycan boksçusu erməni rəqibini məğlub edib

Azərbaycan boksçusu erməni rəqibini məğlub edib

Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku”nda 1/4 final mərhələsi başa çatıb."Report" Azərbaycan Boks Federasiyasının mətbuat xidm...

806 İdman 09:18 10 may 2019

Son xəbərlər