Azərbaycan boksçusu Avropa çempionatının finalına yüksəldi
01
apr
2018
11:50
Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında finalçıların adına aydınlıq gəlib. BAKU.WS-in Azərbaycan Boks Federasiyasına istinadla verdiyi məlumata görə, Azərbaycan millisinin boksçusu Tayfur Əliyev də adını həlledici döyüşə yazdırıb.56 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının mükafatçısı finala gedən yolda ispaniyalı Xose Giles Brotonsu mübarizədən kənarlaşdırıb. O, 1/2 finalda rəqibini 4:1 (29:27, 29:27, 27:29, 29:27, 29:27) hesabı ilə məğlub edib.Əliyev bu gün baş tutacaq həlledici görüşdə rumıniyalı Robert Eusebi Jitaru ilə üz-üzə gələcək.Tayfurdan fərqli, Məhəmməd Abdullayev (+91 kq) finala adlaya bilməyib. Boksçumuz yarımfinalda italiyalı Aziz Abbes Muhidinə məğlub olub – 1:4 (27:30, 30:29, 26:30, 27:30, 27:30). Nəticədə Abdullayev Avropa çempionatını bürünc medalla başa vurub.ŞahinBAKU.WS
Oxşar xəbərlər
Boksçumuz erməniyə qalib gələrək Avropa çempionu oldu
Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyinə yekun vurulub.BAKU.WS-in APA-ya istinadən məlumatına görə, Azərbaycan millis...