Boksçumuz erməniyə qalib gələrək Avropa çempionu oldu
29
okt
2017
11:36
Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyinə yekun vurulub.BAKU.WS-in APA-ya istinadən məlumatına görə, Azərbaycan millisi yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Məhəmməd Abdullayev (+91 kq) bütün görüşlərini qələbə ilə bitirib və finala kimi 3 qarşılaşmasını nokautla başa vurub. Həlledici döyüşdə isə erməni əsilli Yunanıstan idmançısı Vaqkan Nanitzanyana 4:1 hesabı ilə qalib gələrək, qızıl medala sahib olub. Millimizin digər üzvləri-Amina Kuşkova (75 kq) Avropa birinciliyini gümüş, Həsən İbrahimov (49 kq) və Surət Qarayev (81 kq) isə bürünc medalla başa vurublar. BAKU.WS
Oxşar xəbərlər
İki boksçumuz Avropa birinciliyinin finalında
Türkiyənin Antalya şəhərində keçirilən gənc boksçular arasında Avropa birinciliyində finalçıların adına aydınlıq gəlib. Azərbaycan millisinin 2 boksçusu da adın...