Ölkənin ən güclü boksçuları müəyyənləşib

Ölkənin ən güclü boksçuları müəyyənləşib
İdman 1108
Kişi boksçular arasında Azərbaycan çempionatı başa çatıb.“Report” xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərinin təmsil olunduğu yarışda 28 komandanın 138 boksçusu qüvvəsini sınayıb. Altı gün davam edən turnirdə 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.Boks Mərkəzində təşkil olunan çempionatda bu gün final görüşləri keçirilib. Həlledici döyüşlərdə qalib gələn Yadigar Əliyev (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Elvin İsayev (64 kq), Elnur Süleymanov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rövşən Yaqubzadə (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) çempion tituluna sahib olublar. Elnur Süleymanov birinciliyin ən texnikalı, onun finalda məğlub etdiyi Nicat Həsənov isə ən əzmkar boksçusu adına da layiq görülüblər.Turnirin komanda hesabında “Qəbələ” İK birinci yeri tutub. İkinci pilləyə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti yiyələndiyi halda, “üçlüy”ü “Sədərək” İK qapayıb.Çempionatda Elxan Quliyev ən yaxşı hakim, Firuz Novruzov (“Sədərək” İK) isə ən yaxşı məşqçi seçiliblər.Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.Azərbaycan çempionatıVI günün nəticələri49 kq: Yadigar Əliyev (DİN İC) – Elvin Zamanov (“Sədərək” İK) – 5:052 kq: Məsud Yusifzadə (DİN İC) – Qoşqar Səfərli (DİN İC) – 4:156 kq: Tayfur Əliyev (MOİK) – Ümid Rüstəmov (DİN İC) – 5:060 kq: Cavid Çələbiyev (“Qəbələ” İK) – Sərxan Əliyev (“Sədərək” İK) – 5:064 kq: Elvin İsayev (“Gömrükçü” İK) – Bəxtiyar Qazıbəyov (BFL) – 5:069 kq: Elnur Süleymanov (“Sədərək” İK) – Nicat Həsənov (“Qızıl əlcək” İK) – 5:075 kq: Kamran Şahsuvarlı (“Qəbələ” İK, DİN İC) – Ramal Aslanov (“Sədərək” İK) – 5:081 kq: Rauf Rəhimov (“Neftçi” İK) – Pedro Alfonso (“Qəbələ” İK) – 4:091 kq: Rahil Məmmədli (“Qəbələ” İK) – Rövşən Yaqubzadə (“Qəbələ” İK) – birinci döyüşə gəlməyib+91 kq: Sadiq Səmədov (DİN İC) – Məhəmməd Abdullayev (BFL) – birinci döyüşə gəlməyibBütün mükafatçılar49 kq1. Yadigar Əliyev (DİN İC)2. Elvin Zamanov (“Sədərək” İK)52 kq1. Məsud Yusifzadə (DİN İC)2. Qoşqar Səfərli (DİN İC)3. Mirmehdi Mehdizadə (“Neftçi” İK)3. Araz İmaməliyev (“Gömrükçü” İK)56 kq1. Tayfur Əliyev (MOİK)2. Ümid Rüstəmov (DİN İC)3. Əflatun Babayev (DİN İC)3. Əbdürrəhman Şirinov (BFL)60 kq1. Cavid Çələbiyev (“Qəbələ” İK)2. Sərxan Əliyev (“Sədərək” İK)3. Nəbi İsgəndərov (DİN İC)3. Ruslan Rüstəmov (BFL)64 kq1. Elvin İsayev (“Gömrükçü” İK)2. Bəxtiyar Qazıbəyov (BFL)3. Hacımurad Qomarov (Balakən)3. Elnur Əliyev (DİN İC)69 kq1. Elnur Süleymanov (“Sədərək” İK)2. Nicat Həsənov (“Qızıl əlcək” İK)3. Lorenzo Sotomayor (“Qəbələ” İK)3. Hidayət Musayev (BFL)75 kq1. Kamran Şahsuvarlı (“Qəbələ” İK, DİN İC)2. Ramal Aslanov (“Sədərək” İK)3. Rasim Çobanlı (BFL)3. Məhəmməd Hacıyev (BFL)81 kq1. Rauf Rəhimov (“Neftçi” İK)2. Pedro Alfonso (“Qəbələ” İK)3. Eldar Quliyev (“Sədərək” İK)3. Cəbrayıl Yelekov (“Orion” İK)91 kq1. Rövşən Yaqubzadə (“Qəbələ” İK)2. Rahil Məmmədli (“Qəbələ” İK)3. Sürət Qarayev (“Gömrükçü” İK)3. İsmayıl Yaqubov (DİN İC)+91 kq1. Məhəmməd Abdullayev (BFL)2. Sadiq Səmədov (DİN İC)3. Asif Aslanlı (“Qəbələ” İK)3. Mətin Mirəliyev (“Neftçi” İK)BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər