BAKU.WS-in əməkdaşı badminton üzrə media turnirinin mükatını qazandı
17
mar
2018
16:43
Martın 16-da Texniki Universitetin idman zalında ilk dəfə idman jurnalistləri arasında badminton üzrə media turniri keçirilib. Turnirdə baku.ws, oxu.az, Futbol+ qəzeti, sport24.az, allsport.az, Olimpsport jurnalını təmsil edən media nümayəndələri mükafatlar uğrunda mübarizə aparıb. Kuboku bütün görüşləri qələbə ilə başa vuran sport24.az saytının baş redaktoru Ceyhun Əliyev qazanıb. İkinci yeri sport24.az saytının redaktoru Mehman Süleymanov, üçüncü yeri isə baku.ws saytının əməkdaşı Tuncay Türbəndəzadə tutub. Mükafatçılar ABF tərəfindən diplom və medallarla təltif olunublar. Qaliblər hədiyyə olaraq, raketka və volanla mükafatlandırılıblar.BAKU.WS
Oxşar xəbərlər
Sərbəst güləşçilərimiz Iranda medallar qazandı
İran İslam Respublikasının Təbriz şəhərində sərbəst güləş üzrə böyüklər arasında ənənəvi "Təxti Kuboku" beynəlxalq turniri keçirilib. Güləş Federasiyasından BAK...