Bakı-2017: Azərbaycan idmançısı zorxana yarışının qalibi oldu
21
may
2017
12:59
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən zorxana yarışında Azərbaycan idmançısı qələbə qazanıb.
Trend-in məlumatına görə, səngi yarışında idmançımız Rüfət Güləliyev 456 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.
İkinci yeri 444 xalla iranlı zorxanaçı Mobin Zibalaqha, üçüncü yeri isə Tacikistan təmsilçisi Navruz Arabov (321) tutub.
Bu, Azərbaycanın İslamiadada qazandığı 68-ci qızıl medaldır.
Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
BAKU.WS
Oxşar xəbərlər
Mehriban Əliyeva güləşçiləri mükafatlandırıb - VİDEO
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 57 kq çəki dərəcəsində qalib gələn sərbəst güləşçilərin mükafatlandırma mərasimi keçirilib. BAKU.WS Trend-ə istinadən...