Bakı-2017: Güləşdə ilk qızıl medalımız
17
may
2017
21:06
Azərbaycanın yunan-Roma güləşçisi Orxan Nuriyev (98 kq) IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda xalça üzərinə çıxıb.
BAKU.WS-in Trend-ə istinadən verdiyi məlumata görə, birincilik uğrunda mübarizədə güləşçimizin rəqibi Qırğızıstan idmançısı Uzur Juzupbekov olub.
Gərgin keçən mübarizədə idmançımız rəqibinə 5:0 hesabı ilə qalib gələrək İslamiadada yunan-Roma güləşindən Azərbaycana ilk qızıl medalı qazandırıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
BAKU.WS
Oxşar xəbərlər
Prezident İlham Əliyev Azərbaycan idmançılarına medalları təqdim edib
IV İslam Həmrəyliyi Oyunlarının Heydər Əliyev adına İdman Sarayında keçirilən cüdo yarışlarının sonuncu günündə komandalar qələbə uğrunda mübarizə aparıblar. B...