Bakı 2017: Beşqat dünya çempionumuz rəqiblərini məğlub edib 1/4 finala çıxdı

Bakı 2017: Beşqat dünya çempionumuz rəqiblərini məğlub edib 1/4 finala çıxdı
İdman 25175

Azərbaycanın ən titullu karateçisi Rafael Ağayev IV İslam Həmrəyliyi Oyunlarında 1/4 finala yüksəlib.

BAKU.WS-in Trend-ə istinadən verdiyi məlumata görə, 1/8 finalda (75 kq) türkiyəli idmançı Erman Eltemurla qarşılaşan karateçimiz rəqibinə aman verməyib - 3:0.

75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Sultan əl-Zəhrani ilə üz-üzə gəlib.

Gərgin keçən döyüşdə 5 qat dünya çempionu R.Ağayev qələbə qazana bilib - 7:2.

Yarımfinalda malayziyalı karateçi ilə qarşılaşan təmsilçimiz Şarmendran Raqonafanı tam üstünlüklə məğlub edib - 5:0.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

BAKU.WS

Oxşar xəbərlər

Rafael Ağayev çempion oldu (FOTO)

Rafael Ağayev çempion oldu (FOTO)

Tanınmış karateçi, dördqat dünya, onikiqat Avropa çempionu Rafael Ağayev növbəti dəfə çempion olub. BAKU.WS-in məlumatına görə, Mərakeşdə keçirilən "Karate1"...

1832 İdman 11:22 17 aprel 2017

Son xəbərlər